Belarus gimnastları qadınlar arasında sinxron tullanmada qızıl medal qazanıblar

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatının kişilər arasında sinxron tullanma proqramında Belarus idmançıları Andrey Builov və Oleq Rabtsau 52,930 xal toplayaraq qızıl medal qazanıblar.

AzerTimes-in məlumatına görə, gümüş medalı Almaniyanı təmsil edən gimnastlar Fabian Vogel və Mattias Fleiderer (52,290 xal), bürünc medalı fransalı Coşua Faroks və Pyer Qouzou (52,050 xal) qazanıblar.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Teqlər: