Belarus FHN-nin helikopteri qəza enişi edib

Belarusun Luninetsk rayonuna ölkənin Fövqəladə Hallar Nazirliyinin helikopteri qəza enişi edib.

AzerTimes-ın “Belta”ya istinadən verdiyi məlumatına görə, bu barədə Nazirlikdən bildirilib.

Məlumatda deyilir: “Bu gün saat 14:25-də Luninetsk rayonunun Çerebasovo kəndi yaxınlığındakı meşələrin hava patrulu zamanı Belarus Fövqəladə Hallar Nazirliyinin “Mi-2″ helikopteri qəza enişi edib. Təyyarənin komandiri və pilot-müşahidəçi helikopteri tərk ediblər. İlkin məlumata görə, onlar xəsarət almayıblar, lakin həkimlər tərəfindən müayinə ediləcəklər”.

Qəzanın səbəbi xüsusi komissiya tərəfindən araşdırılır.