Ermənistan Respublikasının “Ararat Brandy Factory” MMC-nin istehsal etdiyi qida məhsullarının Belarus ərazisinə gətirilməsi, satışı, saxlanması, daşınması və istifadəsi qadağan edilib.
AzerTimes xəbər verir ki, bu barədə Belarusun Qomel Regional Gigiyena, Epidemiologiya və İctimai Sağlamlıq Mərkəzi dövlət qurumu məlumat yayıb.
Bildirilib ki, qərar qida məhsullarında boyaların aşkar edilməsi baxımından uyğunsuzluğun müəyyən edilməsi ilə bağlıdır.
Qərar Belarusun baş dövlət sanitar həkimi tərəfindən imzalanıb.