İsveçin Belarusdakı səfiri Kristina Yohannesson bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
İsveç səfirinə Belarus Xarici İşlər Nazirliyinin müvafiq notası təqdim olunub və ona axtarışda olan Belarus vətəndaşları Vitali və Vladislav Kuzneçikovlara sığınacaq verilməsi ilə bağlı etiraz edilib.