Belarus 3 polşalı diplomatı ölkədən qovur

Belarus 3 polşalı diplomatı ölkədən qovur

Belarus 3 polşalı diplomatı ölkə ərazisindən çıxarmaq qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina məlumat verib.

“Söhbət Polşa sərhəd xidmətinin zabitindən, eləcə də Qrodnodakı səfirliyin iki konsulundan gedir”, – Jasina söyləyib.

O, Polşa hakimiyyətinin cavab addımı atıb-atmayacağı barədə danışarkən deyib ki, müəyyən tədbirlər görülən kimi məlumat veriləcək.

Teqlər: