OPEK+ nazirləri 2022-ci ilin aprelində sona çatacaq neft hasilatı azalmasına dair müqavilənin gələn ilin sonuna qədər uzadılmasını müzakirə ediblər.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, danışıqlarda istirak edən mənbədən bildirilib ki, BƏƏ məsələnin bundan sonrakı bir vaxta təxirə salınmasını təklif edərək məsələyə qarşı çıxdı:
“Meksika müqavilənin uzadılmasına dəstək vermədi. BƏƏ mövqəyi eynidir. İstehsalda artım – bəli, amma müqavilənin uzadılması barədə danışmaq hələ tezdir”.
Görüşdə OPEK+ alyansının 23 ölkəsinin nazirləri iştirak edir.