Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aİ-nin Qazaxıstandakı nümayəndəliyinin rəhbəri təyin edilib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ-nin Qazaxıstandakı nümayəndəliyinin rəhbəri təyin edilib.

AzerTimes-ın Avropa İttifaqının saytına istinadən verdiyi məlumata görə, müvafiq qərarı Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell imzalayıb.

Qeyd edək ki, K. Jankauskas bundan əvvəl Aİ-nin Gürcüstandakı Müşahidə Missiyasının rəhbəri olub.

Teqlər: