BƏƏ şirkəti Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək

Daha 2 sahibkara Ağdam Sənaye Parkının rezidenti statusu verilib
və rezidentlərin sayı 9-a çatıb.

AzerTimes-ın məlumatına görə,
bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində
bildirib.

““Agah Group” MMC metal məmulatlarının istehsalı müəssisəsi inşa
edəcək, BƏƏ kapitallı “Expert Services FZE” MMAZM isə ağır
texnikaya xidmət göstərilməsi ilə yanaşı, həm də istehsal
fəaliyyəti ilə məşğul olacaq.

İnvestisiya dəyəri 9 mln. manatdan çox olan layihələrin
reallaşması ilə 60 nəfər daimi işlə təmin ediləcək”, – M.Cabbarov
qeyd edib.

Teqlər: