BƏƏ hakimiyyəti səfiri Livandan vətəninə geri çağırdıqlarını elan edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Al Arabiya televiziya kanalı xəbər verib.
Hakimiyyəti orqanları həmçinin BƏƏ vətəndaşlarına artıq Livana səyahət etməməyi tövsiyə edib.
Regional KİV-lər qeyd edib ki, bununla da BƏƏ regionda səfirini Livandan geri çağıran dördüncü ölkə olub. Belə ki, bundan öncə Səudiyyə Ərəbistanının da analoji addım atması barədə məlumat verilib.
Ər-Riyaddan sonra Bəhreyn və Küveyt də səfirlərini geri çağırıb.