Gürcüstanda bələdiyyə seçkilərinin ikinci turu başa çatıb

Gürcüstanda bələdiyyə seçkilərinin ikinci turu başa çatıb.

AzerTimes-ın məlumatına görə, ölkədə seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Axşam saat 8-ə qədər növbəsi olan məntəqələr istisna təşkil edib.


Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-da ölkə üzrə seçici fəallığı 39,5% təşkil edib ki, bu da 825 129 seçiciyə bərabərdir.