BƏƏ 5 min əfqan qaçqını müvəqqəti olaraq öz ərazisində yerləşdirəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “Taliban” hərəkatının hakimiyyətə gəlməsi ilə əlaqədar ölkədən təxliyə edilən 5 min Əfqanıstan qaçqınını müvəqqəti olaraq öz ərazisində yerləşdirəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə BƏƏ-nin Xəbər Agentliyinin ölkənin Vaşinqtondakı səfirliyinin “Twitter” səhifəsində yerləşdirilən məlumatda bildirilib.

Agentlik qeyd edib: “Birləşmiş Ştatların səylərini dəstəkləmək üçün BƏƏ Əfqanıstandan təxliyə edilən və üçüncü ölkələrə gedən 5000 Əfqanıstan vətəndaşını öz ölkəsində qəbul etməyə razılıq verib”.


Bildirilib ki, onlar “yaxın günlərdə Amerika təyyarələri ilə Kabildən” çıxarılacaqlar.