Mayın 4-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə
27-ci Bakı birinciliyinin yeniyetmələr yaş qrupunda çoxnövçülük
üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Trend-in məlumatına görə, 2010-11-ci il
təvəllüdlü gimnastlar arasında Nəzrin Salmanlı birinci, Şəms
Ağahüseynova ikinci, İlahə Bahadırova üçüncü olub.
Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir.
Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında
bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.
Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup
komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.
Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.
İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.
(Tərcümə: Orxan Nəbiyev)