Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyində gimnastların mükafatlandırılması keçirilib (FOTO)

Mayın 4-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə
27-ci Bakı birinciliyinin balacalar yaş qrupunda çoxnövçülük üzrə
qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in
məlumatına görə, 2014-cü il təvəllüdlü gimnastlar arasında Nərgiz
Əliyeva birinci, Fatimə Tarverdiyeva ikinci, Nilufər Qasımova
üçüncü olub. Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir.

2013-cü il təvəllüdlü gimnastlar arasında Aylun Yusifli qızıl,
Əminə Novruzova gümüş, Güllüzar Şərifova bürünc medal qazanıb.
A.Yusifli və G.Şərifova “Ocaq Sport”, Ə.Novruzova Bakı gimnastika
məktəbini təmsil edir.

2013-cü il təvəllüdlü gimnastlar arasında isə Aysel Rzayeva
birinci, Leyla Nemakina ikinci, Zəhra Tahirova üçünü yeri tutub.
A.Rzayeva və Z.Tahirova Bakı gimnastika məktəbini, L.Nemakina “Ocaq
Sport” klubunu təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: