BEA 2022-ci il üçün Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (BEA) 2022-ci ildə Azərbaycanda neft
hasilatının sutkada 0,7 milyon barrelə çatacağını gözləyir.

Bu barədə Trend Agentliyə istinadən xəbər verir.

BEA Azərbaycanda neft hasilatını birinci rübdə 0,7 milyon barel,
ikinci və üçüncü rüblərdə isə 0,69 milyon barel səviyyəsində
proqnozlaşdırır. 2022-ci ilin dördüncü rübü üçün proqnoz hələ dərc
edilməyib.

BEA-nın qiymətləndirməsinə görə, 2021-ci ildə Azərbaycanda neft
hasilatı birinci rübdə sutkada 0,7 milyon barel, ikinci rübdə
sutkada 0,69 milyon barel, üçüncü və dördüncü rüblərdə isə 0,71
milyon barel təşkil edib.

Qeyd edək ki, Azərbaycan 2022-ci ilin aprelində OPEC ölkələrinin
və kartelə daxil olmayan dövlətlərin nazirlərinin 26-cı iclasında
qəbul edilmiş gündəlik neft hasilatının 400 min barel artırılması
qərarını dəstəkləyib.

Teqlər: