Bazarda yeni brend: “Halal Zəhmət” kolbasa və sosisləri…

Bazarda yeni brend: “Halal Zəhmət” kolbasa və sosisləri…

Avqustun 1-dən Azərbaycanın ət və ət məhsulları bazarına yeni bir brend daxil olur.

AzerTimes xəbər verir ki, artıq 24 ildir ki, Azərbaycan bazarında öz nüfuzu ilə öyünən AYMİN MMC “Halal Zəhmət” brendi adı altında “Halallığa zəmanət” şüarı ilə yeni kolbasa və sosislərin istehsalına başlayır.

Açılış mərasimində çıxış edən şirkətin satış müdiri Kamran Abbasov bildirib ki, AYMİN MMC-nin məhsulları artıq 24 ildir ki, Azərbaycan bazarındadır. Onun sözlərinə görə, müəssisədə xalqımızın ağız dadına uyğun kolbasa və sosislər hazırlanır.

Daha sonra çıxış edən Vüqar Əmirullayev və Kərami İslamov açılış mərasimində çıxış edərək vurğuladılar ki, “Halal Zəhmət” məhsullarının istehsalı prosesində bütün texonoloji proseslər ənənəyə uyğun olaraq davam etdiriləcək.

Vüqar Əmirullayev yeni brendin özəlliklərindən də danışıb:

“Burada gördüyünüz məhsullar əsasən premium məhsullardır. Hal-hazırda 17 çeşid mövcuddur. Yaxın gələcəkdə çeşidlərin sayı 45-ə qədər yüksələcək. Onu da qeyd edim ki, “Halal Zəhmət” brendi altında bişmiş, hisə verilmiş kolbaslar, sosislər buraxılır. Gələcəkdə ət delikatesləri və digər məhsullar da müştərilərin ixtiyarına veriləcək”.

Bildirildi ki, ədviyyatlar Avropadan gətirilsə də, onların hər biri halal sertifikatları ilə təmin olunub.

Bir sözlə, “Halal zəhmət” isə yeni bir brent olaraq bazarda özünə yer tutmağa çalışacaq.

Üstəlik, istehsal prosesində əsasən alman texnologiyasından istifadə edilir.

İstehsal prosesində ancaq halal toyuq və mal ətindən istifadə olunur. Ən əsası, kəsim prosesində bütün dini qaydalara və rituallara əməl edilir.

Daha sonra açılış mərasiminə qatılanlar “Halal Zəhmət” kolbasalarının hazırlanma prosesi ilə tanış olublar.

Qeyd edək ki, hazırlanma prosesində bütün gigyenik qaydalara əməl edilir.

“Halal Zəhmət” – Halallığa 100 faiz zəmanət! Ağzınız hər zaman dadlı olsun!

Teqlər: