Bazar günü hava yağışlı keçəcək, dağlıq ərazilərdə qar yağacaq

Oktyabrın 31-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.

Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.


Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Oktyabrın 31-də Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Teqlər: