Baytarlıq preparatlarının idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq preparatlarının idxalı ilə məşğul olan sahibkarlarla videokonfrans formatında görüş keçirib.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Tədbirdə idxal olunan baytarlıq preparatlarının, yem və yem əlavələrinin qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik olduğu iştirakçıların diqqətinə çatdırılıb və idxal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsinin vacibliyi vurğulanıb.

Görüşdə idxal prosedurlarının həyata keçirilməsi, dərman preparatlarının topdan və pərakəndə satışının təşkili, neqativ hallarla birgə mübarizə, dərman preparatlarının qeydiyyatı ilə bağlı məsələlər müzakirə olunub, sahibkarların bu məsələlərə dair təklifləri qiymətləndirilib.


Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Twitter: @cingizsafarli

Teqlər: