Bayraqdan “Texnofest”lə bağlı açıqlama…

Bayraqdan “Texnofest”lə bağlı açıqlama…

Azərbaycanda keçirilən “Texnofest” gözləntilərimizdən daha yüksək olub.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraqdar Azərbaycandan olan jurnalislərə açıqlamasında deyib.

S.Bayraqdarın sözlərinə görə, növbəti illərdə də Azərbaycanda eyni festival keçirilə bilər:

“Festivalın yüksək səviyyədə təşkili yaxşı gündə də, pis gündə də bir-birimizin yanındayıq mesajını bir daha verdi. Azərbaycandan olan qardaşlarımızdan belə yüksək diqqəti görmək çox xoş oldu. İstərdik ki, inşallah gələcəkdə də “Texnofest” Azərbaycanda keçirilsin”.

Teqlər: