Bayramovla Mirzoyanın görüşü sevindiricidir – Klaar

Bayramovla Mirzoyanın görüşü sevindiricidir – Klaar

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirak edirlər.

AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitter səhifəsində yazıb.

“Dünən ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında mühüm görüş baş tutub. Sevindirici haldır ki, Ararat Mirzoyan və Ceyhun Bayramov ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirak edirlər”, – diplomat vurğulayıb.

Xatırladaq ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb. Görüşün baş tutduğu “Blair House”da, nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib.

Teqlər: