Rusiya Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Moskvada görüşünü təşkil etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya ölkələr arasında sülh müqaviləsinin bağlanması prosesinə kömək etməyə davam edir. Bu kontekstdə Rusiya XİN-in xüsusi nümayəndəsi Xovayev bu yaxınlarda İrəvana və Bakıya məhsuldar səfər etdi: hər iki tərəf Moskvanın bu məsələdə vasitəçiliyində maraqlı olduqlarını təsdiq etdilər”, – Zaxarova bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ermənistan, Rusiya və Azərbaycan XİN rəhbərlərinin üçtərəfli görüşü üzərində iş getdiyini bildirib.