Gürcüstanın xarici işlər naziri İlya Daçiaşvili ilə görüşmək xoş oldu.
AzerTimes xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Tvitter hesabında yazıb.
“Azərbaycan-Gürcüstan möhkəm strateji tərəfdaşlığının əhəmiyyəti bir daha vurğulanıb, regionda davamlı sülh və tərəqqiyə nail olmaq üçün göstərilən səylərə görə minnətdarlıq bildirilib”, – C.Bayramov vurğulayıb..
Qeyd edək ki, Ceyhun Bayramovun Tiflis səfəri başa çatıb.