Xanım nazir çıxışında Şuşa və Xankəndi şəhərinin adlarını çəkərkən qondarma rejimin qoyduğu “adları” da çəkdi.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, BMT-nin müvafiq qətnaməsinə əsasən, Azərbaycanın coğrafi adlarından istifadə edilməlidir:
“Xanım nazirin istifadə etdiyi ikinci “adlar” mövcud deyil. Ona görə də Azərbaycan hüququna hörmət göstərilsin”.