Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tvitter hesabında yazıb.
“Mina partlayışı nəticəsində daha 2 azərbaycanlı (daha sonra daha bir nəfərin xəsarət aldığı bildirilib – red.) mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, – Bayramov qeyd edib.