Bayramov Zəngəzur dəhlizindən danışdı

Bayramov Zəngəzur dəhlizindən danışdı

Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təminində müsbət rol oynayacaq.

AzerTimes xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib.

“Bölgədəki nəqliyyat və kommunikasiya əlaqələri kontekstində Transxəzər Şərq-Qərb Orta Dəhlizin geniş iqtisadi və investisiya imkanlarını və Azərbaycandan keçən tranzit axınlarının 2022-ci ildə 70% artdığını qeyd etmək istərdim. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində formalaşan nəqliyyat qovşağı, o cümlədən Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təmin olunmasında müsbət rol oynayacaq, bölgədə ticarətin inkişafına töhfə verəcək”, – nazir bildirib.

Teqlər: