Bayramov zəlzələ bölgəsinə səfərindən yazdı

Bayramov zəlzələ bölgəsinə səfərindən yazdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Azərbaycan tərəfindən qurulan səhra xəstəxanasında çalışan tibb işçilərinə təşəkkürünü bildirib.

AzerTimes xəbər verir ki, bu barədə Ceyhun Bayramov Tviter hesabında yazıb.

“Qəhrəmanmaraşa səfərim zamanı Azərbaycan tərəfindən zəlzələ nəticəsində xəsarət almış qardaşlarımıza xidmətlərin göstərilməsi məqsədilə göndərilmiş səhra xəstəxanasını ziyarət etdim, xəstəxanada çalışan bütün əməkdaşlara yorulmaz fəaliyyətlərinə görə minnətdarlığımı bildirdim”, – C.Bayramov qeyd edib.

Teqlər: