Bayramov, Mirzoyan və Lavrov Astanada görüşəcək

Bayramov, Mirzoyan və Lavrov Astanada görüşəcək

Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü oktyabrın 14-də Astanada keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Emənistan XİN sözçüsü Vaan Unanyan deyib.

O qeyd edib ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Xatırladaq ki, Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramov sonuncu dəfə Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində üçtərəfli formatda görüşüblər.

Teqlər: