Bayramov Lavrovla danışdı

Bayramov Lavrovla danışdı

İyunun 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər bu il fevralın 22-də imzalanmış Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında sazişin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Bir sıra regional və beynəlxalq mövzularda, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi üzrə fikir mübadiləsi aparılıb. 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli ən yüksək səviyyədə üçtərəfli sazişlər çərçivəsində Rusiyanın vasitəçilik rolunun vacibliyi vurğulanıb.

Sergey Lavrovun bu il iyunun 23-24-də Bakıya gözlənilən işgüzar səfəri zamanı bu məsələlərin əsaslı müzakirəsinin davam etdirilməsi razılaşdırılıb.

Teqlər: