Bayramov gedənə qədər Mirzoyan “işlədi”…

Bayramov gedənə qədər Mirzoyan “işlədi”…

Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası öz işinə başlayıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Skopyedə artıq ikitərəfli görüşlər çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenə və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona Azərbaycandan şikayət edib, “etnik təmizləmə”dən, “Bakının qeyri-konstruktiv” yanaşmasından danışıb.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, artıq Ceyhun Bayramov da Skopyedədir və bu gündən görüşlərə başlayacaq:

“İrəvanın məqsədi Qərb ölkələrinin Azərbaycanla münasibətlərini daha da gərginləşdirməkdir. Ararat Mirzoyanın Skopyedəki görüşlərinin məqsədi də budur. Fransa ilə məsələ aydındır, ancaq digər Qərb ölkələri ilə təmasları intensivləşdirməyə və izahat işini gücləndirməyə ehtiyac var”.

Teqlər: