BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosla görüş keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə bildirib.
“BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosla görüş keçirib. Görüş zamanı birgə təşəbbüslər, layihələr, Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında gələcək əməkdaşlıq, regiondakı vəziyyət müzakirə olunub”, – paylaşımda qeyd olunub.