Bayramov, Blinken və Mirzoyan telefonda danışdı

Bayramov, Blinken və Mirzoyan telefonda danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

“Oktyabrın 4-də Amerika tərəfinin təşəbbüsü ilə Ermənistanın xarici işlər naziri, ABŞ dövlət katibi və Azərbaycanın xarici işlər naziri arasında telefon danışığı olub”, – deyə bildirilib.

Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan sülh müqaviləsi üzərində iş barədə müzakirə aparılıb.

Teqlər: