Bayram günlərində bu rayonlarda gözlənilən hava şəraiti

Bayram günlərində bu rayonlarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bayram günlərində bəzi rayonlarda gözlənilən hava proqnozunu açıqlayıb.

Xidmətdən AzerTimes-a bildiriblər ki, martın 21-dən Qəbələ rayonunda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Martın 22-si axşam yağıntının tədricən kəsiləcəyi, martın 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 13-16° isti olacağı proqnozlaşdırılır.

Şahdağda (Qusar) gün ərzində havanın arabir yağıntılı olacağı, martın 21-i gündüz, martın 22-si gecə və səhər arabir qara keçəcəyi, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Martın 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 3-8 metr təşkil edəcək. Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 0-3° isti olacağı bildirilir.

İsmayıllı rayonunda martın 21-i səhərdən arabir yağış yağacağı, martın 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti 3-8 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 12-15° isti olacağı ehtimal edilir.

Lənkəran rayonunda martın 21-i səhərdən arabir yağış yağacağı, martın 22-si gündüz tədricən kəsiləcəyi, martın 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun gecə 8-10°, gündüz 14-17° isti olacağı ehtimalı var.

Şəki rayonunda hava əsasən yağmursuz keçəcək. Lakin martın 21-i gündüzdən martın 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Martın 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı ehtimal edilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 13-16° isti olacağı gözlənilir.

Teqlər: