Bayram günlərində 109 yanğına çıxış olub, 19 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin
təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm
əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik
reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan
qaldırılması işinin təşkili məqsədilə Ramazan bayramı ilə əlaqədar
gücləndirilmiş iş rejimində çalışıb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, “112” qaynar telefon
xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə
109 yanğına çıxış, 17 köməksiz vəziyyətdə qalma və 2 nəqliyyat
qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların
operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin
edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində
7-si azyaşlı olmaqla 19 nəfər xilas edilib, yanğın zamanı 5 nəfər
təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin meyiti aşkar
olunaraq aidiyyəti üzrə təhvil verilib.

Teqlər: