Bayram günləri temperatur 8 dərəcəyədək enəcək, külək əsəcək

İstirahət və bayram günlərində gözlənilən hava şəraiti
açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 30-u
gündüz, mayın 1-də Bakıda və Abşeron yarımadasında gün ərzində
əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi
arabir 15-18 m/s olacaq. Havanın temperaturu 20-24°-dək isti
olacağı gözlənilir.

Mayın 02-03-də isə havanın temperaturu ötən günlərlə müqayisədə
5-8° aşağı enərək 18°-yə yaxın olacaq. Güclü şimal-qərb küləyinin
maksimal sürəti bəzi ərazilərdə arabir 23-28 m/s-yə çatacaq.
Respublikanın bölgələrində də hava şəraiti yağıntılı olacaq.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı,
arabir yağış yağacağı gözlənilir. Mayın 01-02-də ayrı-ayrı yerlərdə
intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər zəif
duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 02-də
ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək. Havanın
temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin
Daşkəsən-Gədəbəy rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s,
arabir 15-20 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək
güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti
olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı
olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu
düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə
və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir
15-20 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək
güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti
olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında bəzi
yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın
01-02-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi
ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi
5-10 m/s, arabir 15-20 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 23-25
m/s-dək güclənəcək.Havanın temperaturu gecə 10-15° isti, gündüz
18-23° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu
düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə
və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir
15-20 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək
güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20°
isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış
yağacağı gözlənilir. Mayın 02-si axşam, 03-də ayrı-ayrı yerlərdə
intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman
olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 02-də ayrı-ayrı
yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə
12-16° isti, gündüz 19-24° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi
yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Aprelin
30-da ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər
saatlarında duman olacaq. Şimal-şərq küləyi 5-10 m/s, ayrı-ayrı
yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə
11-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 8-10° isti, gündüz
14-16° isti olacaq.

Teqlər: