Bayraktarın şirkətində azərbaycanlı mühəndislər də işləyir

Xəbər - Humay Ağacanova – Trend:

Hazırda “Baykar Makina” hərbi sənaye sahəsində dünyada ilk
üçlükdə yer alan marka bir şirkətdir. Təxminən bu şirkətdə 3 mindən
çox mühəndis işləyir. Dünyanın hər tərəfindən Baykar Makina
şirkətində işləyən gənclər var. Həmin mühəndislər arasında
azərbaycanlı qardaşlarımız da fəaliyyət göstərir.

Bunu Trend-in suallarını cavablarkən Türkiyənin
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı
deyib.

C.Bağcı qeyd edib ki, Teknofest yeni fikirlərin kəşf edilməsinə şərait
yaradan bir yerdir. Bu baxımdan Baykarın Azərbaycanda yeni
layihələrə investisiya qoymaq istəyi texnologiyanın inkişafına da
yeni bir nəfəs gətirəcək.


“Bu addım həm də gənclərin texnologiyaya marağının artmasına və
bu sahənin Azərbaycanda çiçəklənməsinə töhfə verəcək. Səlcuq
Bayraktar və komandasının bu mövzuları daha dərindən müzakirə etmək
üçün Bakıya gələcəyini bilirik. İlk olaraq Azərbaycanda Texnologiya
Kəndi qurulması üçün univesistetlərlə iş birliklərinin olacağı
gözlənilir. Yəni, proqram təminatı və istehsalda texniki
infrastruktur da tələb olunur ki, bununla əlaqədar olaraq gənclərə
ilk öncə nəzəri və praktiki baxımdan universitetlərdə dərslər
keçirilməlidir. Yaxın zamanda bu mövzularla əlaqədar ilkin
müjdələri Səlcuq Bayraktardan eşidəcəyik”, – deyə o əlavə edib.

Teqlər: