Bayraktar AKINCI TİHA-nın B modeli ilk uçuş testini uğurla tamamlayıb (FOTO/VİDEO)

Bayraktar AKINCI TİHA-nın 2 x 750 olmaqla 1500 at gücünə malik B
modeli ilk uçuş testini uğurla tamamlayıb.

AzerTimes xəbər verir ki, Türkiyə
Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən
AKINCI layihəsi çərçivəsində Baykarın yerli və milli imkanlarla
hazırladığı Bayraktar AKINCI TİHA (Hücum İnsansız Hava Aparatı) B
modeli səmaya qaldırılıb.

Ümumi gücü 1500 at gücünə malik olan Bayraktar AKINCI B
sinifinin ən güclü və döyüş qabiliyyətinə malik döyüş təyyarəsi
kimi xidmət edəcək. Bayraktar AKINCI B TİHA Çorludakı Bayraktar
AKINCI Uçuş Tədris və Test Mərkəzində həyata keçirilən sınaq
fəaliyyəti zamanı 1 saat 16 dəqiqə havada qalıb.


Beləliklə, Bayraktar AKINCI B ilk uçuşunda həyata keçirilən
aerodinamik parametr identifikasiya testlərini uğurla başa
vurub.