Türkiyənin “Baykar” şirkəti Ukraynada dron istehsal edən zavodun tikintisinə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraqdar Səudiyyə Ərəbistanında müdafiə sənayesi sərgisində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, zavodda TB2 və TB3 PUA-ları istehsal ediləcək. Zavodun Kiyev yaxınlığında inşasına başlanıldığı bildirilib.