Avtomobil qoşqulu texnika ilə toqquşdu: yaralılar var – Foto

Avtomobil qoşqulu texnika ilə toqquşdu: yaralılar var – Foto

Qubada minik avtomobilinin qoşqulu texnika ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

AzerTimes xəbər verir ki, hadisə rayonun Hacıhüseynli kəndi ərazisində baş verib.

VAZ 21099 markalı minik avtomobili yolda hərəkətdə olan kustar üsulla hazırlanmış meyvə daşıyan qoşqulu nəqliyyat vasitəsilə toqquşub. Hadisə zamanı qoşqulu texnikada olan iki nəfər xəsarət alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: