Baydenlə Putinin görüşünün yeri və vaxtı məlum olub

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüşün İsveçrənin Cenevrə şəhərində keçirilməsi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə CNN telekanalı bildirib. Görüşün iyunun 15-16-da planlaşdırıldığı deyilir.


Ağ Evdən bildiriblər ki, V.Putinlə görüş Co Baydenin ilk xarici səfəri çərçivəsində keçiriləcək.