Baydenlə bunları müzakirə etdik – Ərdoğan

Baydenlə bunları müzakirə etdik – Ərdoğan

İsveçin NATO-ya üzvlük protokolunu Türkiyə Böyük Millət Məclisinə göndərdik.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“ABŞ Prezidenti Co Baydenlə müzakirə zamanı İsveç məsələsi də gündəmə gəldi. ABŞ-la aramızda olan F-16 məsələsini də bu kontekstdə dəyərləndirdik. Baydenin “Siz bunu parlamentdə qəbul edin, mən də eyni şəkildə Konqresdən keçirəcəm” kimi açıqlaması oldu. Parlamentdəki proseslə bağlı başqa bir çətin məsələ də hərbi tədarükdə Kanada və bəzi müttəfiqlərin mənfi yanaşmalarıdır. Bunların hamısı bir-birinə bağlıdır. İnanıram ki, həm ABŞ-ın F-16 məsələsi, həm də Kanadanın verdiyi vədlərə əməl etməsi ilə bağlı gözlədiyimiz müsbət irəliləyişlər parlamentimizin məsələyə müsbət baxışını sürətləndirəcək”, – Ərdoğan bildirib.

Teqlər: