Baydenin Səudiyyə səfəri: 18 sənəd imzalandı

Baydenin Səudiyyə səfəri: 18 sənəd imzalandı

ABŞ Prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində iki ölkə arasında 18 sənəd imzalanıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

Bu sənədlərdən 13-ü Səudiyyə Ərəbistanının Energetika və İnvestisiya Nazirlikləri ilə ABŞ-ın aerokosmik, müdafiə sənayesi, tibbi cihaz şirkətlərini əhatə edib.

Bundan əlavə, Səudiyyə Ərəbistanı Kosmik Agentliyi NASA ilə Ayın, Marsın və kometaların dinc məqsədlər üçün istifadəsini nəzərdə tutan beynəlxalq koalisiyaya qoşulmaq məqsədi daşıyan “Ayın Kəşfiyyat Proqramını” imzalayıb.

Eyni zamanda, iki ölkə arasında təmiz enerji, tibb elmləri və tədqiqat sahələrində də anlaşma memorandumları imzalanıb.

Teqlər: