Baydenin reytinqi rekord dərəcədə düşüb

ABŞ prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harrisin reytinqi rekord dərəcədə aşağı düşüb.

AzerTimes-ın məlumatatına görə, bu barədə “USA Today” qəzeti və Saffol Universitetinin keçirdiyi sorğunun nəticələrində deyilir.

Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarının 38 faizi dəstəkləyir. Bu, C.Bayden üçün yeni minimum göstəricidir.


Kamala Harrisin vitse-prezident vəzifəsində işini sorğuda iştirak edənlərin yalnız 27,8 faizi dəstəkləyib.