Baydenin bu səfərdə Ukrayna üçün silah axtaracaq

Baydenin bu səfərdə Ukrayna üçün silah axtaracaq

ABŞ Prezidenti Co Bayden Yaxın Şərqə səfəri zamanı Ukrayna üçün sovet silahları tapmağa çalışacaq.

AzerTimes xəbər verir ki, bunu “Nyu York Tayms” nəşri məlumat yayıb.

“Prezident Bayden Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyini vəd edib, lakin nə o, nə də başqası bunun nə qədər davam edəcəyini deyə bilməz. Rəsmilərin fikrincə, nə vaxtsa ABŞ və Avropada silah ehtiyatları tükənəcək.

Birləşmiş Ştatlar 54 milyard dollarlıq hərbi və digər yardımlara icazə versə də, bu məbləğ bitdikdən sonra heç kim başqa 54 milyard dollarlıq çek gözləmir”, – nəşr yazır.

Bildirilib ki, Bayden və komandası uzunmüddətli silah strategiyası axtarırlar, çünki danışıqlar yolu ilə həll perspektivi uzaqdır və ictimaiyyət özünü müharibədən yorulmuş hiss etməyə başlayır.

Teqlər: