Baydenin bu qərarı Putinə hədiyyədir – Skaliz

Baydenin bu qərarı Putinə hədiyyədir – Skaliz

ABŞ Prezidenti Co Baydenin mayeləşdirilmiş təbii qazın (LNG) ixracını dayandırmaq qərarı Rusiya lideri Vladimir Putinə hədiyyədir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Nümayəndələr Palatasının respublikaçı üzvü Stiv Skaliz deyib.

“Bayden qaz ixracını dayandırdı. Bu, Co Baydenin Vladimir Putinə hədiyyəsidir. Bu ona niyə lazımdır?” – konqresmen vurğulayıb.

O əlavə edib ki, ABŞ prezidentinin qərarı onsuz da bahalaşmadan narazı olan adi vətəndaşların yaşayış xərclərini artırır.

Teqlər: