Baydendən Rusiyaya nüvə xəbərdarlığı

Baydendən Rusiyaya nüvə xəbərdarlığı

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə nüvə və kimyəvi silahdan istifadə etməmək barədə xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, ABŞ lideri bu barədə ölkə mediasına açıqlamasında bildirin.

Jurnalistin “Putin kimyəvi və taktiki nüvə silahından istifadə etməyi düşünsə, ona nə deyərdiniz” sualına Baydenin cavabı belə olub:

“Dayan, dayan, dayan. Siz müharibənin simasını İkinci Dünya müharibəsindən bəri heç nəyə bənzəməyən bir şəkildə dəyişəcəksiniz”.

Bayden əlavə edib ki, belə bir hal olarsa, ruslar dünyada heç vaxt olmadığı qədər təzyiqə məruz qalacaqlar.

Teqlər: