Baydendən Putinin atəşkəs qərarına reaksiya

Baydendən Putinin atəşkəs qərarına reaksiya

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin Ukraynada 36 saatlıq atəşkəs qərarına cavab vermək istəməyib.

AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Ağ Ev rəhbəri Putinin qərarının özlərinə sərf etdiyini bildirib.

“Putinin dediklərinə cavab vermək istəmirəm. Düşünürəm ki, o, bir az oksigen almağa çalışır”, – Bayden söyləyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Teqlər: