ABŞ Prezidenti Co Bayden etiraf edib ki, keçmiş prezident Donald Tramp Ağ Evə qayıtmağa cəhd etməsəydi, ikinci müddətə özünün namizədliyini irəli sürməzdi.
AzerTimes xəbər verir ki, Bayden bunu Bostondakı şəxsi evində keçirilən tədbirdə deyib.
“Tramp namizəd olmasaydı, namizəd olacağıma əmin deyildim. Amma ölkə naminə qalib gəlməsinə imkan verə bilmərik. Tramp heç nə gizlətmir. O, bizə nə edəcəyini deyir”, – Bayden bildirib.