Bayden yenə də şəhərləri qarışdırdı

Bayden yenə də şəhərləri qarışdırdı

ABŞ Prezidenti Co Bayden növbəti dəfə çıxışı zamanı çaşqınlığa yol verib.

AzerTimes xəbər verir ki, Bayden qasırğadan zərər çəkmiş Missisipi ştatını ziyarət edərkən şəhərin adını qarışdırıb.

“Biz diqqətimizi sizin yatmaq və yemək üçün yerinizin olduğundan əmin olmağa yönəltmişik. Biz Rollinq Stounda həyatınızı yenidən qurmağa kömək edəcəyik”, – deyə dövlət başçısı zərərçəkənlərə müraciət edib.
Bundan dərhal sonra sakinlər onun səhvinə işarə ediblər.

“Mən nə dedim? Rollinq Fork – mən isə Rollinq Stoun dedim. Düşüncə prosesi gedir”, – prezident deyib.

Qeyd edək ki, Bayden dəfələrlə ölkələrin, şəhərlərin, siyasi liderlərin adlarını qarışdırıb.

Teqlər: