Bayden və xanımı təcili təhlükəsiz yerə təxliyə olundu

Bayden və xanımı təcili təhlükəsiz yerə təxliyə olundu

ABŞ Prezidenti Co Bayden və xanımı Cill Bayden cütlüyü həftəsonunu keçirdiyi Delaver ştatının Rexobot Biç şəhərindəki evindən təxliyə ediliblər.

AzerTimes xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Ağ Ev sözçüsü evakuasiyanın ötən gün kiçik şəxsi təyyarənin məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra ehtiyat tədbiri olaraq həyata keçirildiyini bildirib.

“Prezident və birinci xanım artıq öz iqamətgahlarına qayıdıblar”, – məlumatda vurğulanıb.

Teqlər: