Bayden və Si Cinpin arasında telefon danışığı olub

ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı baş tutub.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı yeni koronavirusun yayılması ilə mübarizənimüzakirə ediblər:


“İki ölkə lideri COVID-19 pandemiyasına qarşı mübarizəni, səhiyyə sahəsində qlobal təhlükəsizliyə ümumi çağırışları, iqlim dəyişikliyini və silahların yayılmasının qarşısının alınmasını müzakirə ediblər”.