Bayden Ukraynaya yardımdan danışdı: Fəlakət olar!

Bayden Ukraynaya yardımdan danışdı: Fəlakət olar!

ABŞ-ın Ukraynaya əlavə yardım göstərməsi məsələsi Konqresdəki azlıqdan asılıdır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.

“Düşünürəm ki, Konqres üzvlərinin böyük əksəriyyəti Ukraynaya yardımı dəstəkləyir. Məsələ buna kiçik bir azlığın mane olub-olmayacağıdır. Yardım ayrılmaması fəlakətli olardı”, – Bayden bildirib.

O, respublikaçıların əksəriyyətinin də Kiyevə yardımı dəstəklədiyini qeyd edib.

Teqlər: